Close

Azərbaycanla Qvineya-Bisau XİN-ləri siyasi məsləhətləşmələr keçirəcək

Azərbaycanla Qvineya-Bisau Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsi ilə bağlı anlaşma memorandumu imzalanıb.

TNS xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Karlos Enrike de Xesus Pinto Pereira ilə birgə mətbuat konfransında deyib.

“Afrika, xüsusilə Qərbi Afrika bölgəsi ilə bağlı məlumatların bölüşülməsi bizim üçün önəmlidir.

Eyni zamanda, Cənubi Qafqaz bölgəsində gedən proseslər də onlar üçün əhəmiyyət kəsb edir. Öz növbəmdə ölkəmiz tərəfindən ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra gedən proseslərlə bağlı qarşı tərəfi məlumatlandırdım”, - nazir qeyd edib.