Fazil Mustafadan partiyaların maliyyələşməsi ilə bağlı təklif
Siyasi partiyaların maliyyələşməsində daha optimal yol tapılmalıdır.
TNS-in məlumatına görə, bunu parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
F. Mustafa əlavə edib ki, siyasi partiyalara bölüşdürülən vəsaitin mexanizminə baxmaq lazımdır: “Çünki partiyaların sayı artıb. Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır. Bunun mexanizmini tapmaq lazımdır ki, vəsaitlərin partiyalar arasında bölüşdürülməsi narahatlıq doğurmasın”.