Close

Lukaşenko: "Cənab Makron haradadır?"

Bu gün dünyada 3 böyük müharibə gedir. Münaqişələrin sayı isə 50-dən çoxdur. Bunlar ilk növbədə atmosferi çirkləndirir.

TNS xəbər  verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko COP29 sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə çirklənməni ən çox yaradanlar anqlosakslardır: “Onlar haradadırlar? Heç biri yoxdur. Paris Sazişində bu qədər təbliğat aparan cənab Makron (Fransa prezidenti) haradadır? O, bu gün də burada deyil. Onlar buna əhəmiyyət vermirlər. Bu da başqa bir danışıq mövzusudur”.