Mişustin COP29-da Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib
17
21:22 - 09 Noyabr 2024
Rusiya hökumətinin sədri Mixail Mişustin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak edəcək Rusiya nümayəndə heyətinin tərkibini təsdiqləyib.
TNS xəbər verir ki, bu barədə hökumətin rəsmi hüquqi məlumat portalında dərc edilmiş sərəncamda qeyd olunub.
Belə ki, nümayəndə heyətinin rəhbəri Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev təyin edilib.
Nümayəndə heyətinin rəhbər müavini Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin başçısı İqor Şumakov təyin edilib.