Close

22:20
23 Oktyabr 2024

Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin mandatının uzadılmasının tərəfdarıdır

Ermənistan Azərbaycanla sərhəddə vəziyyətə nəzarət edən Avropa İttifaqının mülki missiyasının mandatının uzadılmasının tərəfdarıdır.

TNS Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

“Bildiyim qədər, Aİ missiyanın mandatının uzadılması imkanını nəzərdən keçirir... Biz Aİ-nin müşahidəçi missiyasının olmasını zəruri hesab edirik”, - o deyib.

Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Jozep Borrell 2023-cü il dekabrın 11-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Ermənistandakı Aİ müşahidəçilərinin sayını 138-dən 209-a çatdırmaq qərarına gəldiklərini bəyan etmişdi. Avropalı məmurun sözlərinə görə, missiyanın genişləndirilməsi Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılması vasitəsi olacaq.