Close

ABŞ səfirliyi Azərbaycanı müstəqilliyinin bərpasının ildönümü münasibətilə təbrik edib

ABŞ səfirliyi Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bağlı paylaşım edib.

TNS xəbər verir ki, bu barədə təbrik səfirliyin “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

“ABŞ səfirliyi müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını və təbriklərini çatdırır”, - təbrikdə qeyd edilib.