Close

09:50
18 Oktyabr 2024
09:00
18 Oktyabr 2024
07:35
18 Oktyabr 2024

Azərbaycanın Livandakı Səfirliyinin heyəti qismən təxliyə olunub - YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

TNS xəbərinə görə, XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-ya bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

“Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, - o vurğulayıb.

18:22

Azərbaycanın Livanın paytaxtı Beyrut şəhərindəki səfirliyi təxliyə edilib.

TNS xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, səfirlik təhlükəsizlik səbəbi ilə boşaldılıb.