Close

Qüdrət Həsənquliyev seçicilərlə görüşdü - FOTO

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı seçki dairəsinin ərazisində seçicilərlə görüş keçirib.

ƏHD Partiyası mətbuat xidmətindən TNS-ə verilən məlumata görə, oktyabrın 12-si saat 11:00-da keçirilən görüşdə 25 seçici iştirak edib. Seçicilər görüşdə kanalizasiya və su xətlərinin sıradan çıxdığına görə, zirzəmilərin su ilə dolduğunu və sanitar-gigiyenik normaların pozulduğunu diqqətə çatdırıblar.

462953404_27307582495524285_2778544710592811380_n
Daha sonra sakinlər yaşadıqları ərazinin qış aylarında çox soyuq olduğundan, binalara istilik verilməsinin noyabrın 1-dən aprelin 30-dək olan dövrü əhatə etməsinin təmin olunmasını xahiş ediblər.
Seçicilər həmçinin, binalarda su çatışmazlığı, uşaqlar üçün oyun meydançalarının olmaması, işıqlandırma və digər problemlərlə bağlı məsələ qaldırıblar.

462954382_27307584875524047_8425089136801321861_n
Millət vəkili səsləndirilən şikayətlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həll olunmasına səy göstərəcəyini bildirib.