Close

Azərbaycanın İsveçdəki səfiri qazaxıstanlı həmkarı ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov Qazaxıstanın krallığa yeni təyin olunmuş səfiri Oljas Süleymenovla görüşüb.

TNS xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.

“Azərbaycan səfirliyində Stokholmdakı diplomatik korpusda fəaliyyətə başlamış qardaş Qazaxıstanın yeni səfiri cənab Oljas Süleymenovu salamlamaqdan çox məmnunam”, – o bildirib.

Qeyd edək ki, sentyabrın 6-da Qazaxıstan Xarici İşlər Nazirliyinin Avropa departamentinin keçmiş direktoru Oljas Süleymenov İsveçə səfir təyin edilmişdi.