Close

Natiq Cəfərli Prezident Administrasiyasına dəvət olundu

“Bu gün REAL Partiyası Siyasi Komitəsinin sədri olaraq Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin dəvəti ilə onunla görüşdüm”.

TNS xəbər verir ki, bunu REAL-ın sədri Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, görüş zamanı siyasi partiyaların fəaliyyəti, son seçkilər, “Siyasi partiyalar haqqında” Qanunda bəzi pozitiv dəyişiklik təklifləri ilə bağlı fikir mübadiləsi aparılıb: “Görüş zamanı Ədalət Vəliyev REAL Partiyasının Siyasi Komitəsinə sədr seçilməyim münasibəti ilə məni təbrik etdi və işimizdə uğurlar arzuladı”.