Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb
20
14:25 - 08 Oktyabr 2024
Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
TNS xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” qərar layihəsində əksini tapıb.
Layihəyə əsasən, Musa Qasımlının Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olması təklif edilib.
Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.