Close

18:27
08 Oktyabr 2024
16:11
08 Oktyabr 2024

Azərbaycanla Pakistan arasında bir sıra sazişlər ratifikasiya edildi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələri müzakirəyə çıxarılıb.

TNS xəbər verir ki, qanun layihələri səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.