Close

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edildi

Zamiq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin edilib.

TNS xəbər verir ki, bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılıb.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Z.Əliyev 2021-ci ildən Babək Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.