Close

"Ölkəmizin etibarlı tərəfdaş kimi çıxış etməsi ilə bağlı fəxr edirik"

Azərbaycan hər zaman etibarlı tərəfdaş kimi çıxış edir.

TNS xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova VII çağırış parlamentin payız sessiyası üzrə oktyabrın 8-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

"Biz də ölkəmizin belə mövqeyi ilə həmişə fəxr edirik. Azərbaycanın etibarlı tərəfdaş kimi fəaliyyəti həm ayrı-ayrı dövlətlərdəki münasibətlərdə, həm də dünyanın qlobal problemlərinin həllinə verdiyi töhfələrdə özünü açıq şəkildə göstərir".