Close

Putin Prezident İlham Əliyev və Nikol Paşinyanla görüşəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də MDB sammitindən əvvəl Kremldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

TNS xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

Uşakovun sözlərinə görə, görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq.