Xarici İşlər Nazirliyi müəllimləri təbrik etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edib.
TNS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” platormasındakı paylaşımında bildirib.
“5 oktyabr - Beynəlxalq Müəllimlər Günündə cəmiyyətimizin hər bir fərdinin təhsil, inkişaf və nailiyyətlərində mühüm rol oynayaraq, işıqlı gələcəyimizin qurucularının yetişdirilməsinə töhfə verən zəhmətkeş, fədakar müəllimlərimizi ürəkdən təbrik edir, onlara bu şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni uğurlar arzu edirik. Beynəlxalq Müəllimlər Gününüz mübarək!” - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov da müəllimləri təbrik edib.
“Bu gün hər birimizin təhsil həyatının ayrılmaz və əvəzolunmaz parçası olan, gənc nəsillərimizin milli ruhda, vətənpərvər, savadlı yetişməsində müstəsna xidmətləri olan müəllimlərimizə həsr olunmuş Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Bu münasibətlə, “müəllim” adını şərəf və ləyaqətlə daşıyan, habelə gələcəkdə bu şərəfli peşə üzrə ixtisaslaşmaq istəyən hər kəsi ürəkdən təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzu edirəm!” - deyə nazir bildirib.