Close

NATO-Azərbaycan əlaqələri müzakirə edildi

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” platformasındakı paylaşımında bildirib.

“NATO nümayəndələri ilə görüş keçirdik və NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və perspektivlərini müzakirə etdik”, - deyə o, paylaşımda qeyd edib.