Close

Paşinyan Kərkinin Azərbaycana verilməsi məsələsindən danışdı

"Anklavlar mövzusu Azərbaycanla münasibətlərdə hər zaman olub və var. Ermənistan bu mövzudan imtina edə bilməz".

TNS Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətdən olan deputat Qarnik Danielyanın Tiqranaşen (Sədərək rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kərki kəndi-red.) kəndinin Azərbaycana təhvil verilməsi məsələsinin müzakirə edildiyi barədə replikasına reaksiya verərkən bildirib.

Paşinyan belə bir müzakirə faktını təsdiqləməsə də, qeyd edib ki, İrəvan Azərbaycanın daxilində erməni anklavı Artsvaşenin (Gədəbəy rayonunda yerləşən Başkənd-red.) olması səbəbindən bu məsələdən yayına bilməz.