Rusiya XİN: "Azərbaycan ərazisində nümayəndəliklərin açılması üzərində iş aparılır"
18
14:12 - 02 Oktyabr 2024
Hazırda Azərbaycan ərazisində Rusiyanın yeni xarici nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə işlənilir.
TNS xəbər verir ki, bu barədə Rusiya XİN-in konsulluq departamentinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib.
"Azərbaycan tərəfi ilə müvafiq razılaşmalar formalaşdırıldıqca konsulluq departamenti onlarla bağlı praktiki addımların həyata keçirilməsinə qoşulacaq", - o qeyd edib.