Close

23:40
30 Sentyabr 2024
22:16
30 Sentyabr 2024
20:30
30 Sentyabr 2024

Putin Polad Bülbüloğlunu ordenlə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə, Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib.

TNS xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2018-ci ildən Rusiyadakı diplomatik korpusun duayeni olub. 2024-ci ilin sentyabr 1-dən isə Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə deputat seçilib.