Close

"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır"

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün konstitusiyanı dəyişməyə hazırdırlar. Paşinyanın açıqlaması inandırıcıdırmı? Sülh müqaviləsinin yaxın aylarda imzalanması mümkündürmü?

Məsələ ilə bağlı TMS-ə açıqlama verən millət vəkili Elçin Mirzəbəyli bildirib ki, sülh müqaviləsi üçün Ermənistanın təkcə konstitusiyada dəyişiklik etməsi yetərli deyil: "Paşinyan həmçinin deyir ki, razılaşdırılmamış müddəalar olmadan sülh müqaviləsi bağlasın. O istəyir ki, COP29-a qədər sülh müqaviləsi imzalasın. Bu isə heç bir hüquqi əsası olmayan bir sənəd olacaq.

1721223909_16638552634909724063_1200x630

Azərbaycan tərəfin bu məsələ ilə bağlı konkret mövqeyi var. Ermənistan istəsə də, CO29- qədər konstitusiyaya dəyişiklik edə bilməz. Prinsip etibarilə Konstitusiyaya dəyişiklik edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan vaxt var və bu vaxt da yetərli deyil.

Ermənistan bir müddət öncə bəyan etmişdi ki, konstitusiyada dəyişiklik 2027-ci ildə ediləcək. Əgər Ermənistan stimullaşdırıcı addımlar atmaq istəyirsə, ilk növbədə digər hüquqi aktları dəyişməlidir. Bu, ilk öncə Azərbaycan əraziləri ilə bağlı olan məqamlardır. Ermənistan təhlükəsizlik konsepsiyasında, hərbi doktorinasında və digər sənədlərdə Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir.

Bunun üçün konstitusiyaya dəyişiklik etməyə ehtiyac yoxdur. Bu sənədlərin dəyişdirilməsi Ermənistanın baş naziri, parlamenti və təhlükəsizlik şurası tərəfindən baş tuta bilər. Amma Ermənistan indiyə qədər bu istiqamətdə də heç bir addım atmayıb".