Close

21:48
28 Sentyabr 2024

Ceyhun Bayramov həmkarı ilə COP29-u müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Malinin xarici işlər naziri Abdoulaye Diop ilə görüşüb.

TNS xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Görüşdə həm ikitərəfli, həm də çoxtərəfli, eləcə də Azərbaycanın COP29-da sədrliyi çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.