Close

23:58
20 Sentyabr 2024
23:37
20 Sentyabr 2024

İnam Kərimov Qırğızıstanda səfərdə olub

2024-cü il 19-20 sentyabr tarixlərində Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov Bişkek şəhərində səfərdə olub.

TNS xəbər verir ki, səfər çərçivəsində İnam Kərimov Qırğızıstan Ali Məhkəməsinin sədri Zamirbek Bazarbekov ilə ikitərəfli görüş keçirib. Görüşdə məhkəmə sisteminin təkmilləşdirilməsi, məhkəmə hakimiyyətinin rolunun və nüfuzunun gücləndirilməsi, hakim korpusunun yetişdirilməsi və məhkəmələrin fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Növbəti gün Qırğızıstan Prezidenti Sadır Japarov tədbirlə əlaqədar  Qırğız Respublikasında səfərdə olan müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib. Görüşdə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində hüquqi, humanitar və elmi-təcrübə mübadiləsi sahəsində görülən işlər diqqətə çatdırılıb. Məhkəmə sistemində əməkdaşlıq üçün böyük potensialın mövcud olduğu qeyd edilib. 

Sonra nümayəndə heyətləri Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə iştirak ediblər.