Close

23:50
19 Sentyabr 2024

"Ermənistan sülh əvəzinə, təxribat və hərbi eskalasiya yoluna əl atdı" - VİDEO

Xalqımızın yaddaşında əbədi qalacaq 44 günlük Vətən Müharibəsində parlaq qələbədən sonra Azərbaycan Ermənistana sülh və ikitərəfli münasibətlərin normallaşdırılmasını təklif etdi. Prezident İlham Əliyev İrəvanı bu tarixi fürsətdən istifadə etməyə, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi bağlamağa çağırdı.

Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarını tam şəkildə yerinə yetirmək əvəzinə, təxribat və hərbi eskalasiya yoluna əl atdı.

TNS xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilir.

Qeyd olunur ki, 2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni diversiya qrupları tərəfindən əvvəllər yerləşdirilmiş minanın partlaması nəticəsində iki mülki şəxs həlak olub. Həmin gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan avtomobil minaya düşərək partlayıb, nəticədə dörd nəfər həlak olub.

Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, erməni birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, o cümlədən bölgədə konstitusiya quruluşunun bərpası məqsədilə lokal antiterror tədbirlərinə başlanılıb.

Daha ətraflı "Caliber"in videomaterialında: