Close

22:00
18 Sentyabr 2024

Asif Yusifli AXCP-dən getdi

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli istefa verib.

TNS xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində paylaşım edib.

“Başda Əli Kərimli olmaqla Xalq Cəbhəsinin bütün üzvlərinə uğurlar arzulayıram. Uzunmüddətli birgə fəaliyyətə görə bütün AXCP üzvlərinə təşəkkür edirəm.

Bu gündən etibarən AXCP üzvlüyündən istefa verirəm.

Çıxmağımın səbəbi nədir? Xroniki boykot. Prinsipial müxalifət mövqeyində qalıram. Fəaliyyətimi müstəqil olaraq davam etdirəcəm. Növbəti addımlarım haqda ictimaiyyətə məlumat verəcəm” ,-  A.Yusifli paylaşımda bildirib.