Close

Ərdoğan: "Bəzi gənclər ölkədə türk və İslam düşmənçiliyi yayır"

Bəziləri Türkiyədə irqçilik adı ilə türkofobiya, islamofobiyanı yayırlar.

TNS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmara universitetinin yeni binalarının açılışında çıxışı zamanı deyib.

O, bildirib ki, belə hərəkətlər türklərə düşmən olanların dəyirmanına su tökməkdir.

R.T.Ərdoğan gəncləri diqqətli olmağa, həmin tələlərə düşməməyə çağırıb.