Close

12:30
17 Sentyabr 2024
11:30
17 Sentyabr 2024

Azərbaycan və Ukrayna XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı zamanı iki ölkə arasındakı mövcud əməkdaşlıq gündəliyini, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

TNS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ceyhun Bayramov həmkarını Ukraynanın xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzu edib.

Həmçinin iki ölkə arasında qarşılıqlı hörmət və dəstək, habelə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu ifadə edilib.

Ukrayna XİN başçısı Azərbaycan və Ukrayna arasında mövcud əməkdaşlığın bundan sonra da gücləndirilməsinə dair ümidvar olduğunu bildirib.

Telefon danışığı zamanı Ukrayna ətrafında yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, xüsusilə İrpen şəhərində infrastrukturun bərpa və yenidənqurmasına, habelə minatəmizləmə fəaliyyətinə göstərilən dəstək minnətdarlıqla xatırlanıb.

14:50

Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

TNS xəbər verir ki, bu barədə Andrey Sibiqa “X” platformasındakı paylaşımında bildirib/

XİN rəhbərləri ikitərəfli və çoxtərəfli məsələləri, eləcə də ortaq məsələləri müzakirə ediblər.

“Biz suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmətimizi bir daha təsdiqlədik. Ümid edirəm ki, əməkdaşlığımız xalqlarımız arasındakı dostluq əlaqələrini əks etdirəcək”, - Andrey Sibiqa əlavə edib.