Rövzət Qasımov: "Sosial şəbəkələrdə seçki prosesini əks etdirən 508 görüntü tirajlanıb"
Sosial şəbəkələrdə seçki prosesini əks etdirən 508 görüntü tirajlanıb.
TNS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, görüntülər 25 seçki dairəsindən 49 məntəqəni əhatə edib.
MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, həmin görüntülərin izlənməsi bir gün çəkəcək: "Sentyabrın 11-i keçiriləcək iclasda bəzi görüntüləri müzakirə edə biləcəyik".
Sədr qeyd edib ki, MSK-ya bütün məntəqələr üzrə daxil olan videolar ayrı-ayrılıqda Ekspert Qrupunun üzvlərinə təqdim ediləcək: "Çünki kifayət qədər çox görüntü var. Amma bunlara əsasdan başlayaraq baxmaq rahat olacaq".
M.Pənahov əlavə edib ki, məntəqələrdən görüntüləri araşdırmaq MSK üzvləri Hüseyn Paşayev, Qabil Orucov, Fuad Cavadov və Baxşeyiş Əsgərova həvalə olunub: "Ümumilikdə isə hər kəsin prosesdə iştirakı nəzərdə tutulub".