Close

MSK sədri: "Seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib"

Seçki məntəqələri səsvermə üçün tam hazır vəziyyətə gətirilib. MSK və dairə seçki komissiyaları bütün addımları Seçki Məcəlləsinin tələblərinə uyğun atıb.

TNS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərində səsvermənin başlamasına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, seçkilər Azərbaycanda böyük hadisəyə çevrilib. Parlament seçkiləri ilk dəfə ölkəmizin bütün suveren ərazisində keçiriləcək.