Close

“Paris-2024”də canlı yayımda Azərbaycana qarşı təxribat

“Paris-2024” Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycana qarşı təxribat olub.

TNS xəbər verir ki,  bu təxribata “Fransa-2” telekanalının aparıcıları yol verib.

Aparıcılar canlı yayımda Sena boyunca olimpiya komandalarının paradında Ermənistan idmançılarının keçidi onları belə təqdim ediblər: "Əlbəttə ki, ermənilər bizim dostumuzdur və Ermənistan tarixən fransızların ürəyinə yaxın bir ölkədir. Ötən il Ermənistan üçün matəm ili olub və Azərbaycan ordusunun əlinə keçən Qarabağın itirilməsi ilə nəticələnib".

Azərbaycanın milli olimpiada komandası keçəndə isə aparıcı ölkəmizi “ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib.

“Fransa-2” telekanalının bu təxribatındann sonra Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinə şikayət hazırlayacağı gözlənilir.