Close

Vüqar Bayramovun namizədliyi qeydə alınıb

Milli Məclisin Vl çağırış deputatı, itqisadçı-alim Vüqar Bayramovun Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyi rəsmi şəkildə qeydə alınıb.

TNS xəbər verir ki, bu barədə o, özü məlumat verib.

Vüqar Bayramov avqustun 9-dan aktiv təbliğata start verəcəklərini deyib: “84 saylı Füzuli Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə namizədliyim rəsmi şəkildə qeydə alındı. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad olunan və quruculuq mərhələsinə daxil olan Füzuli şəhərini də əhatə etməklə rayonumuzun bütün məskunlaşmış yaşayış məntəqələrində avqustun 9-dan aktiv təbliğata start verib, dəyərli seçicilərlə yenidən sıx görüşlərə başlayacağıq”.