Hikmət Hacıyev Polşanın səfiri ilə görüşüb - FOTO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Polşanın ölkəmizdəki səfiri Rafal Poborskini ölkəmizdə diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.
TNS xəbər verir ki, bu barədə Polşa səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Səfir Rafal Poborski ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında dostluq, vida görüşü olub. Görüş zamanı, Azərbaycan ilə Polşa arasında yaxşı münasibətlərin mövcud olduğu vurğulanıb”, - paylaşımda qeyd edilib.
A friendly meeting and an interesting farewell conversation between Ambassador Rafał Poborski and Hikmet Hajiyev - Advisor to the President of Azerbaijan and Head of the Foreign Affairs Department in the Presidential Administration. H. Hajiyev emphasized the good ????????-???????? relations. pic.twitter.com/YFMcDlzqeo
— PLinAzerbaijan (@PLinAzerbaijan) July 24, 2024