Milli Məclisdən “İçərişəhər”ə, qoruqdan yenidən Milli Məclisə
VI çağırış Milli Məclisə 50 saylı Qobustan-Abşeron Seçki Dairəsindən deputat seçilmiş, 2023-cü il martın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuş Şahin Seyidzadə yenidən parlamentə qayıdır.
TNS xəbər verir ki, bu barədə “AzPolitika”ya məlumatlı mənbələrdən informasiya daxil olub.
Qeyd olunur ki, bitərəf Ş.Seyidzadə namizədliyini yeni dislokasiyada Abşeron və Qubustan rayonunun kəndlərini əhat edən seçki dairəsindən irəli sürüb.
Cəmi 16-17 ay əvvəl parlamentdən “İşərişəhər” qoruğuna rəhbər göndərilən Seyidzadənin yenidən Milli Məclisə qayıtmaq istəyi maraq doğurur.