Close

Azərbaycanla Ukrayna arasında əməkdaşlıq müzakirə edilib

Elm və təhsil naziri Emin Əmrullayev Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev ilə görüşüb.

Bu barədə TNS-ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.