Close

Nazir: "Azərbaycan bundan sonra da İranla birgə layihələrin həyata keçirilməsində maraqlıdır"

"Azərbaycanı İranla dini və tarixi köklər birləşdirir. Qonşu ölkədə prezident seçkiləri keçirildi və İran xalqı yeni rəhbərini seçdi. Ölkəmiz bundan sonra da İranla birgə layihələrin həyata keçirilməsində maraqlıdır".

TNS xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov söyləyib.

Nazir vurğulayıb ki, ölkələrimiz arasında birgə layihələr, birgə baxış bundan sonra da davam etdiriləcək və əlaqələrimiz daha da genişləndiriləcək.