Close

19:54
05 Oktyabr 2024

Haber Global Şuşadan geniş videomaterial yayımlayıb - VİDEO

"Qarabağın mirvarisi olan Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçirilib".

TNS xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalının tədbirlə bağlı hazırladığı süjetdə deyilir.

Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısının erməni işğalından azad edilmiş Şuşada keçirilməsinin vacibliyini vurğulayıb və ilin sonuna kimi 20 min insanın bu torpaqlara qayıdacağını bəyan edib.

Qeyd olunur ki, Azərbaycan türk dünyasını bir araya gətirib. Türkiyə ilə Azərbaycanın rəsmi müttəfiq olduğunu təsdiq edən bəyannamə məhz tədbirin keçirildiyi Şuşada imzalanıb.

Ətraflı videomaterialda: