Azad edilmiş ərazilərdə yeni seçki məntəqələri yaradılacaq
4
17:02 - 06 İyul 2024
“Hazırda azad edilmiş ərazilərdə seçki məntəqələrinin sayı 26-dır”.
TNS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, “Böyük Qayıdış” prosesi davam edir, məntəqələrin sayı artacaq: "Azad edilmiş ərazilərdə yeni seçki məntəqələrinin yaradılması məsələsinə növbəti iclaslarda baxacağıq".