Close

YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlanıb - YENİLƏNİB/SİYAHI

Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin adları məlum olub.

TNS xəbər verir ki, İdarə Heyətinin iclasında YAP-ın 77 səlahiyyətli nümayəndəsi və 1 maliyyə məsələləri üzrə nümayəndəsi təyin olunub.

1_1719996974

2

3

4

12:28

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin adları məlum olub.

TNS xəbər verir ki, iclasda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub.

11:42

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

TNS xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin bugünkü iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.