Close

Seçki məntəqələri sentyabr 1-dək tam hazır vəziyyətə gətiriləcək

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçki məntəqələri sentyabr 1-dək tam hazır vəziyyətə gətiriləcək.

TNS xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

"Əsas maraqlarımızdan biri seçki məntəqələrinin səsvermə üçün sentyabr 1-dək tam hazır vəziyyətə gətirilməsi məsələsidir. Bizim məntəqələr çox yüksək səviyyədə hazırlanır”, - deyə MSK sədri vurğulayıb.