Close

Nazir Ermənistanla sərhədlərin delimitasiyasından danışıb: "Növbəti müsbət addımların şahidi olacağıq"

Ermənistanla sərhədlərin delimitasiya sahəsində işlər davam edir. Yaxın gələcəkdə növbəti müsbət addımların şahidi olacağıq.

TNS xəbər verir ki, bu barədə Tbilisidə səfərdə olan Ceyhun Bayramov gürcü həmkarı İliya Darçiaşvili ilə birgə mətbuat konfransında bildirib.

XİN rəhbəri Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların davam etdiyini vurğulayıb.