Close

İrəvan Bakıya təklif göndərdi

Ermənistan Respublikasının Baş nazirinin Aparatı atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizmin həyata keçirilməsinə başlamağı təklif edir.

TNS News.am-a istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Ermənistan Respublikası Baş nazirinin bu il iyunun 15-də verdiyi bəyanatın davamı olaraq və Ermənistan hökumətinin gərginliyin yaranmasının qarşısını almaq niyyətində olduğuna əsaslanaraq, Ermənistanın Baş naziri diplomatik kanallar vasitəsilə Azərbaycan Prezidentinin Administrasiyasına atəşkəsin pozulması hallarının araşdırılması üçün ikitərəfli mexanizm yaratmağı təklif edib.

Ermənistan Respublikası Baş nazirinin Aparatı qeyd olunan mexanizmin həyata keçirilməsinə başlamağı təklif edir”, - məlumatda deyilir.