"Fransız nazirin saxta “blokada” iddiaları sülhə xidmət etmir"
11
21:27 - 03 Oktyabr 2023

“Ermənistanda keçirdiyi görüşlərdə Fransa xarici işlər naziri Katrin Kolonnanın saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir.
TNS xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında bildirib.
“Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadəsi nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindəki bütün maskaları yırtdı”,– deyə XİN sözçüsü qeyd edib.