Deputatlar Qazaxıstana gedəcəklər
40
17:19 - 02 Oktyabr 2023

Milli Məclisin deputatları Nizami Cəfərov və Fatma Yıldırım oktyabrın 3-də Qazaxıstanın paytaxtı Astana şəhərinə, sonra isə oktyabrın 5-də Türküstan şəhərinə səfər edəcəklər.
TNS xəbər verir ki, səfər çərçivəsində deputatlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi ilə birgə təşkil etdiyi “Şuşa günləri” tədbirlərində iştirak edəcəklər.
Səfər oktyabrın 6-da başa çatacaq.