Xankəndinin deputatı: Ermənistan hər zaman olduğu kimi...
63
12:11 - 02 Oktyabr 2023
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Suverenliyimiz bütün tarixi torpaqlarımızda bərqərar olunub.
TNS xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Tural Gəncəliyev deyib.
O qeyd edib ki, erməni revanşizminə qarşı ayıq-sayıq olmalıyıq: "Çünki Ermənistan hər zaman olduğu kimi yenə də Azərbaycana qarşı təbliğatını dayandırmır".