Qüdrət Həsənquliyev: "Qarabağdan qovulan vətəndaşlarımızı tezliklə Xankəndiyə köçürməliyik"
82
12:04 - 02 Oktyabr 2023

"Allah xalqımızın qarğış və lənətlərini ermənilərin üzərinə yönəltdi ki, onlar Qarabağdan köçmək qərarı verdilər. Çünki onların bizim üzümüzə baxmağa üzləri yoxdur".
TNS xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, biz Azərbaycan vətəndaşlığını qəbul etməyərək Qarabağı tərk edən ermənilərin yerinə min bir əzabla Qarabağdan qovulan vətəndaşlarımızı tezliklə Xankəndiyə, digər bölgələrə köçürməliyik.