BMT nümayəndələri Qarabağa bu tarixdə gələcək

BMT nümayəndələrinin Qarabağa səfərinin vaxtı məlum olub.
TNS xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik bildirib.
O, heyətin Azərbaycana həftə sonu olacağını deyib.
"Qarabağa səfər Azərbaycan hökumətinin dəvəti ilə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında həftəsonu baş tutacaq. Missiyaya BMT Humanitar Məsələlər üzrə Koordinasiya ofisinin yüksək vəzifəli əməkdaşı Rameç Rajasinqam və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva rəhbərlik edəcək. OSHA-nın texniki qrupu (Əməyin Təhlükəsizliyi və Sağlamlığı və Risklərin İdarə Edilməsi) və BMT agentliklərinin nümayəndəsi də missiyanın bir hissəsi olacaq", - əlavə edib.
O qeyd edib ki, missiya Azərbaycan ərazilərindən bölgəyə daxil olacaq: "Komanda yerdəki vəziyyəti qiymətləndirməyə və hər iki tərəfdə insanların humanitar ehtiyaclarını müəyyən etməyə çalışacaq. Bəzi qarışıq siyasi məsələlər səbəbi ilə BMT 30 ildir bölgədə deyildi və belə bir ziyarət ilk dəfə təşkil olunacaq. Missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək".