Şimali Kipr XİN-dən Qənirə Paşayvanın vəfatı ilə əlaqədar başsağlığı
164
10:12 - 29 Sentyabr 2023

Şimali Kipr Türk Respublikasının (KKTC) Xarici İşlər Nazirliyi millət vəkili Qənirə Paşayevanın vəfatı ilə əlaqədar başsağlığı mesajı yayıb.
TNS xəbər verir ki, mesajda bildirilir: “KKTC ilə Azərbaycan arasındaki əlaqələrin inkişafını hər zaman dəstəkləyən, dəfələrlə ölkəmizə səfər edən dost ölkə Azərbaycanın dəyərli millət vəkili Qənirə Paşayevanın vəfatını böyük üzüntü ilə öyrəndik.
Mərhuma Allahdan rəhmət, ailəsinə, qardaş Azərbaycan dövlətinə və xalqına səbr diləyir, başsağlığı veririk”.