Prezident Administrasiyası Qarabağ ermənilərini Bakıya dəvət etdi
25
11:28 - 13 Mart 2023

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
TNS xəbər verir ki, görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.