Close

Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik ruzigarı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunmasından 6 il ötür. Prezident İlham Əliyev 2017-ci il fevral ayının 21-də Mehriban xanımın bu vəzifəyə təyin olunması haqqında Sərəncam imzalayıb. Bu, ictimai və sosial sifariş idi. Bu təyinat ona böyük sevgi, hörmət və ehtiram hisləri bəsləyən Azərbaycan xalqının arzu və istəklərinin reallaşdırılması istiqamətində atılan növbəti addım idi. Ona görə də xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı. Bu dövr bir daha göstərdi ki, nə Azərbaycan xalqı, nə də Prezident İlham Əliyev öz seçimində yanılıb.

“Həyat yoldaşımın simasında mənə daim dəstək göstərməyə hazır olan şəxs görürəm” deyən Birinci vitse-prezident dəfələrlə bəyan edib ki, onun bütün uğurlarının qazanılmasında Prezident İlham Əliyevin böyük xidmətləri var. Ötən dövrdə Onun qazandığı uğurlar İlham Əliyev siyasi məktəbində öyrəndiklərinin tətbiqinin nəticəsidir.

16453961281753411913_1000x669

Amma, əlbəttə ki, Mehriban Əliyevanın ölkəmizin inkişafı, xalqımızın firavanlığı naminə gördüyü işlərin, əldə etdiyi nailiyyətlərin əsas hərəkətverici qüvvəsi ulu öndər Heydər Əliyevdən aldığı həyat dərsidir. Mehriban xanım özü bunu belə izah edir: “Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram, heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət, sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz ideal və mənim həyatımda əsas Müəllimdir”.

Həyatının əsas Müəlliminə - Heydər Əliyev şəxsiyyətinə olan sevgisi, Onun yoluna sonsuz sədaqəti Mehriban xanım Əliyevanın böyük uğurlarını təmin edib.

Birinci vitse-prezident dövlət başçısının ən sadiq silahdaşı kimi onunla birlikdə Azərbaycanın inkişafı, daha qüdrətli dövlətə çevrilməsi istiqamətində yorulmadan çalışır. Ölkəmizin gələcəyi naminə həyata keçirilən möhtəşəm tədbirlərin reallaşdırılmasında Mehriban xanımın zəhməti çoxdur. Görünən odur ki, O, daha çox sosial problemlərin həlli, mədəniyyətimizin inkişafı, qorunması və təbliği ilə məşğul olur. Ancaq Mehriban xanım ölkəmizdə bütün sahələrin problemlərinin həlli, inkişaf etdirilməsində Prezident İlham Əliyevin ən böyük dəstəkçisidir.

aa851d98-630b-3ec9-9aa0-d4d2ce867e0a

Uğurlu nəticələrin qazanılması kadrların seçilməsi, yetişdirilməsi və yerləşdirilməsindən çox asılıdır. Mehriban xanımın bu istiqamətdə gördüyü işlər ölkənin etibarlı gələcəyinin qurulmasına əvəzsiz töhfədir. Prezident İlham Əliyevin yeni islahatçı komandasının formalaşdırılmasında Mehriban xanımın rolu danılmazdır.

2017-ci ildən ötən dövr ərzində Azərbaycan hökumətində, hüquq-mühafizə və gömrük or­qanlarında, iqtisadiyyat, nəqliyyat, rabitə, yeni texnologiyalar, energetika, kənd təsərrüfatı, sosial müdafiə, turizm, kosmik sənaye və digər sahələrdə, yerli icra hakimiyyəti orqanlarında aparılan kadr islahatlarının real nəticələrini artıq cəmiyyətimiz ciddi şəkildə hiss edir. Azərbaycan xalqı bu dövr ərzində vətəndaş cəmiyyəti institut­larında, xarici siyasət idarəsindəki yeniliklərin, islahatların da şahidinə çevrilib.

Sual oluna bilər ki, genişmiq­yaslı sturktur, kadr islahatları, innovativ layihələr nəyə görə son illərdə reallaşdırılıb? Niyə 5-10 il qabaq islahatlar belə sürətlə həyata keçirilmirdi? Son illərdə ölkədə nə dəyişib? Doğrudur, son illər ölkədə çox şey dəyişib. Ancaq bu sualla­rın əsas cavabı odur ki, Prezident İlham Əliyevin yetişdirdiyi insan ka­pitalı artıq ölkəmizə və millətimizə xidmət etmək səviyyəsinə çatıb. Və bu kapital - dövlət başçısının xaricdə oxutdurduğu, Onun ölkəyə uğurlu rəhbərliyi sayəsində yetişən kadrlar son illərdə yanlış təqdimatların, kiminsə qohumunun irəli çəkilməsi istəyinin qurbanına çevrilməyib. Mehriban xanımın uğurlu fəaliyyəti sayəsində indi dövlət başçısının ətrafında, məhz, Onun özünün hazırladığı, ləkələnməsinə imkan verilməyən yüksək intellektli, vətənpərvər, vicdan­lı, məsuliyyətli, dəqiq icraçılıq qabiliyyəti olan kadrlar var. Prezidentin tapşırıqlarını uğurla icra edən bu kadrlar son illərin ən çətin sınaqlarından üzüağ çıxıblar. İstər pandemiya dövründə, istərsə də Vətən müharibəsi zamanı islahatçı komandanın uğurlu fəaliyyəti bizi bir çox təhlükələrdən sığortaladı desək yanılmarıq.

7pempvnnsr_01

O, Vətənini sevir və ölkəsinin gələcəyini düşünür. Ona görə də uşaqlara və gənclərə xüsusi qayğı göstərmək Onun fəaliyyətində qırmızı xətlə keçir. Dəfələrlə televiziya ekranlarından Mehriban Əliyevanın uşaq evlərinin açılışlarında iştirakını izləmişik. Hər dəfə görmüşük ki, birinci xanım o uşaqları necə bağrına basır.

“Mənim arzum odur ki, Azərbaycanda hər bir uşaq xoşbəxt olsun. Ona görə də biz uşaqlarımızı, balalarımızı məhəbbətlə, hörmətlə, mərhəmətlə, diqqətlə böyütməliyik” deyən Mehriban xanım bu ölkənin gələcəyi olan hər bir uşağa öz övladı kimi yanaşır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı proqramlar çərçivəsində ölkə ərazisində yüzlərlə uşaq müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqlarla təchiz olunub.

352392

Əhalinin sosial cəhətdən həssas təbəqəsinə Mehriban xanım böyük həssaslıqla yanaşır. İstər Vətən müharibəsindən əvvəl, istərsə də müharibədən sonrakı dövrdə qazilərin, şəhid ailələrinin ümid yeri Mehriban xanım olub. Birinci vitse-prezidentin təşəbbüsü, qayğısı sayəsində yüzlərlə şəhid və qazi ailəsi mənzillə təmin olunub, qazilərimizin xarici ölkələrdə müalicəsi təşkil edilib.

Vətən müharibəsindən əvvəl məcburi köçkünlərin qayğıları, mənzil problemlərinin həlli ilə məşğul olan Birinci vitse-prezident bu gün onların öz doğma yurd-yuvalarına böyük qayıdışı proqramının daha tez reallaşdırılması üçün Preziden İlham Əliyevin tapşırıqlarını uğurla icra edir.

2019-01-28-16-00-23p11

Mehriban Əliyevanın mədəniyyətimizin, milli dəyərlərimizin yaşadılması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlər Azərbaycan xalqına tarixi xidmətdir. Heydər Əliyev Fondunun xətti ilə illərlə mədəniyyətimizin dünyada təbliği sahəsində həyata keçirdiyi tədbirləri 2017-ci ildən üzü bəri Birinci vitse-prezident kimi daha da genişləndirib. Son illər ölkədə tarix və mədəniyyət abidələrinin bərpası, unudulmaqda olan xalq yaradıcılığı nümunələrinin yaşadılması sahəsində yeni layihələrin həyata keçirilməsi, klassik musiqimizə, muğamımıza sahib çıxılması, rəssamlıq, heykəltəraşlıq kimi incəsənət sahələrinin dirçəldilməsi Onun Azərbaycan xalqının gələcəyini düşünməsinin, mədəniyyətimizə olan həssas münasibətinin bariz nümunələridir. Mehriban xanımın təşkilatçılığı ilə hər il Şuşada keçiriən mədəni tədbirlər illərdir unutdurulmağa imkan verilməyən Qarabağ mədəniyyətinin Qarabağa qayıdışıdır.

186500163_4019653371488877_1853005544408659532_n

Mehriban xanımın Azərbaycan ziyalılarına, sənət adamlarına göstərdiyi qayğı barədə də çox yazmaq olar. Mənzili olmayanlara mənzil verilir, sağlamlığında problem olanların ölkə daxilində və xaricində müalicəsi təşkil edilir, görkəmli sənət adamlarının yubileyləri qeyd olunur. Mehriban xanım işinin çoxluğuna baxmayaraq, çətin vəziyyətə düşmüş sənət adamlarını axtarıb arayır, telefonla zəng edir, ağsaqqal, ağbirçək incəsənət xadimlərinin evinə gedir, onların qayğıları ilə maraqlanır. Bununla, Mehriban xanım cəmiyyətimizdə sənətə, sənətkara, bütövlükdə isə insana dəyər verməyin gözəl nümunələrini yaradır. Bu, mənəvi sərhədləri yox etməyə çalışan qlobal güclərə qarşı cəmiyyətimizin duruş gətirə bilməsi, gələcək mənəvi sağlamlığı üçün çox önəmlidir.

Mehriban Əliyevanın son illər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində gördüyü işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir və Ona olan inamı daha da artırır. Bu gün Mehriban Əliyeva dünya miqyasında tanınan və qəbul edilən siyasətçi kimi çox böyük nüfuza malikdir. Mehriban xanımın Birinci vitse-prezident kimi dünyanın nəhəng ölkələrinə səfərlər etməsi, yüksək hörmət və ehtiramla qarşılanması Onun dünya miqyasında qəbul edilən siyasətçi olduğunu bir daha sübuta yetirib.

15744574865011749386_1000x669

Onun Birinci vitse-prezident kimi çoxşaxəli fəaliyyəti, Azərbaycanın gələcəyi naminə gördüyü işlər bir neçə il bundan əvvəl Türkiyənin nüfuzlu “Türkiyə” qəzetində dərc olunan “Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik ruzigarı” sərlövhəli məqalədə çox dəqiq xarakterizə olunub. Məqalədə oxuyuruq: “Uzun illərdir Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb. Azərbaycana ciddi beynəlxalq təsiri olan layihələr gətirmək sayəsində dünyada Azərbaycanla bağlı lobbilərlə münasibətlər qurmağa nail oldu. Hər tərəfdən blokadaya alınan Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması üçün mədəni layihələr işə salındı və bununla da blokadaların aradan qaldırılmasına başlanıldı. Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə gətirilməsi qeyd olunan istiqamətlərdə qazanılan nəticələri şərh etmək üçün həqiqəti ortaya qoydu. Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva tamamilə fərqli bir yolu sınaqdan keçirməyə başladı. Cəmiyyətin fərqli siyasi təbəqələrini, hətta narazıları belə mərkəzə çəkməklə, onları dinləmək və etiraz etdikləri məsələlərin çarəsini tapmaq siyasəti birinci xanımın siyasi uzaqgörənliyini, güclü zəkasını və idarəetmə qabiliyyətini nümayiş etdirdi”.

Mehriban xanım gördüyü işlərlə, Prezident İlham Əliyevin apardığı islahatların reallaşdırılmasındakı xidmətləri ilə ölkə rəhbərinin Azərbaycanı müasir dünyanın çağırışlarına uyğun yenidən qurması işini daha da sürətləndirir, Onu ölkəmizi dünyanın böyük siyasi mərkəzinə çevirmək arzusuna hər gün daha da yaxınlaşdırır.

Mehriban Əliyevanın Azərbaycan xalqına bütün müraciətlərinin sonunda belə yazılır: “Sizin Mehriban”. Bu sadə, səmimi müraciət forması Onun hər bir vətəndaşımıza necə qayğı ilə yanaşdığını, xalqımızın da Ona olan sevgisini göstərir. Müasir tariximizin bu ən güclü qadınının ən ümdə vəzifəsi Mehriban və səmimi olmaqdır. O, öz adı, şəxsiyyəti ilə cəmiyyətə ümid, inam, mərhəmət, xeyirxahlıq nuru saçır. Mehriban xanım öz işıqlı siması və əməlləri ilə bütöv bir xalqın qəlbində özünə əbədi bir taxt qurub. Mehriban Əliyevaya yönəlmiş ümumxalq məhəbbəti və dəstəyi Onun xalqı üçün gördüyü heyrətamiz miqyasda işlərin nəticəsidir. Azərbaycan xalqı bilir ki, Bizim Mehriban bizim xoşbəxt gələcəyimizin etibarlı qarantlarından biridir. Bizim Mehriban hər birimizin etimad mənbəyi, ümid yeridir. Bizim Mehriban xalqımıza məxsus bütün dəyərləri özündə ehtiva edən görkəmli dövlət xadimi, böyük şəxsiyyətdir. O, hər bir vətəndaşımızı dinləməyə hazır olan, qayğı və problemləri ilə maraqlanan əsl xalq adamıdır. Onun heç bir titula ehtiyacı yoxdur. Azərbaycan xalqı onu özünə o qədər doğmalaşdırıb ki, o, sadəcə, Bizim Mehriban olub. O, bizdən biri olmağı bacardığına görə inanılır, sevilir, etibar olunur, böyük ehtiramla yanaşılır. Bütün bunların nəticəsidir ki, O, Prezident İlham Əliyevin və xalqın dəstəyi ilə Azərbaycanın Birinci vitse-prezidenti kimi böyük işlər görə bilir.

Mehriban Əliyeva təyin olunub. Ancaq bu təyinat həm də xalqın seçimi, istəyi və arzusu idi. Kimin qəbul edib etməməsindən asılı olmayaraq, Mehriban Əliyevaya ümumxalq sevgisi var. Tarixin zibilliyinə atılan və atılacaq adamların apardığı kampaniya, qurduqları məkrli planlar nə Onu öz yolundan döndərə bilər, nə də Mehriban xanıma olan xalq sevgisini zərrə qədər azalda bilər. Birinci vitse-prezidentə olan ümumxalq ehtiramı həm də Onun Yeni Tarixi Mərhələnin Liderinə, Azərbaycanın Müzəffər Ali Baş Komandanına, xalqın iki əsrlik arzusunu reallaşdıran Böyük Tarixi Şəxsiyyətə - İlham Əliyevə olan ehtiramından və sevgisindən qaynaqlanır. Xalqın gözündə Əliyevlər tamdır, bütövdür,  qüdrətli Azərbaycanın yeganə qarantıdır. Cılız hislərlə yaşayan “böyük adamlar” ən iyrənc vasitələrdən istifadə etsələr belə, bu ölkənin gələcəyini düşünənlərin o bütövün ətrafında birləşməsinə mane ola bilməyəcəklər.

18ql691fww_006

Bu gün Əliyevlərin ətrafında sıx birləşmək tarixi vəzifədir, Azərbaycanın etibarlı gələcəyi üçün vacib missiyadır.

Tural Səfərov