Close

Yeməyi az çeynəyən uşaqlarda bu xəstəlik yaranır

Yaponiyanın Osaka Universitetinin alimləri çeynəmə vərdişlərinin uşaqlarda piylənməyə təsirini öyrənmək üçün araşdırma aparıblar.

TNS xəbər verir ki, araşdırma "Science Direct" saytında dərc olunub.

9-10 yaş arası təxminən 1400 uşağın yemək vərdişlərinin araşdırıldığı tədqiqatda yeməyini kifayət qədər çeynəməyən uşaqların piylənməyə daha çox meylli olduğu müəyyən edilib.

Müəyyən edilib ki, yeməyi pis çeynəyən, eləcə də tez və ağzı dolu yeyən uşaqlar da bu xəstəliyə meyilli olurlar. Daha zəif çeynəmə vərdişi olan uşaqlarda piylənmə riski 1,5 dəfə, tez yeyən uşaqlarda isə təxminən 2 dəfə çoxdur.

Bu vəziyyətin daha çox oğlanlarda müşahidə edildiyi üzə çıxsa da, araşdırma nəticəsində “obez” sinfində 167 uşaq qiymətləndirilib.